​Türkiyədə PKK terrorçularının hücumu nəticəsində 1 əsgər şəhid olub, 2 əsgər yaralanıb

Region
  • 27 avqust, 2015
  • 16:14
​Türkiyədə PKK terrorçularının hücumu nəticəsində 1 əsgər şəhid olub, 2 əsgər yaralanıb

Bakı. 27 avqust. REPORT.AZ/ Türkiyənin Diyarbəkir vilayətində PKK terrorçuları yolun təhlükəsizliyini təmin edən əsgərlərə avtomatik silahlardan atəş açıblar. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Lice rayonunda Bingöl magistralının üzərində yerləşən Ziyarət kəndi yaxınlığında baş verib. Nəticədə 1 əsgər şəhid olub, 2 əsgər yaralanıb. Qarşıdurmanın ardından qaçan terrorçuları zərərsizləşdirmək üçün havadan dəstək verilməklə əməliyyat başlayıb. Yaralanan əsgərlər isə helikopterlə Diyarbəkirə gətirilərək xəstəxanalara yerləşdirilib.

44 - Tezliklə