​Türkiyədə müvəqqəti hökumətin tərkibi elan edilib - SİYAHI

Region
  • 26 avqust, 2015
  • 12:12
​Türkiyədə müvəqqəti hökumətin tərkibi elan edilib - SİYAHI

Bakı. 26 avqust. REPORT.AZ/ Türkiyədə müvəqqəti hökumətin qurulması ilə bağlı Çankaya köşkündə toplantı keçirilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, müvəqqəti hökumətin siyahısı aşağıdakı kimi müəyyənləşdirilib:

Cümhuriyyət Xalq Partiyasından (CHP) 5 millət vəkili:

Ərdoğan Toprak, Ayşə Gülsün Bilgehan Toker, İlhan Kesici, Dəniz Baykal, Təkin Bingöl.

Milliyyətçi Hərəkat Partiyasından (MHP) 3 millət vəkili:

Kenan Tanrıkulu, Toğrul Türkeş, Meral Akşənər.

Xalqların Demokratik Partiyasından (HDP) 3 millət vəkili:

Müslüm Ümdoğan, Levent Tüzel, Ali Haydar Konça.

Kabinetdəki qalan yerlər AKP-yə verilib.

Adları siyahıda yer alan şəxslər sabah yerli vaxtla saat 18:00-dək yazılı cavab verməlidirlər.

Qeyd edək ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının sədri Əhməd Davudoğluna müvəqqəti hökuməti qurmağı tapşırıb.