​Türkiyədə İŞİD-ə qarşı əməliyyat nəticəsində 7 terrorçu öldürülüb - YENİLƏNİB

Region
  • 26 oktyabr, 2015
  • 07:58
​Türkiyədə İŞİD-ə qarşı əməliyyat nəticəsində 7 terrorçu öldürülüb - YENİLƏNİB

Bakı. 26 oktyabr. REPORT.AZ/ Türkiyənin Diyarbəkir əyalətinin Kayapınar rayonunun Hüzurevlər məhəlləsində keçirilən antiterror əməliyyat nəticəsində İŞİD-in 7 silahlısı öldürülüb, 3 terrorçu tutulub.

*** 09:26

Türkiyənin Diyarbəkir əyalətində antiterror əməliyyatı keçirilib. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, əməliyyat nəticəsində İŞİD-in 4 silahlısı öldürülüb. Terrorçularla atışma zamanı iki polis həlak olub, ikisi yaralanıb.

Məlumata görə, əməliyyat əyalətin Kayapınar rayonunun Hüzurevlər məhəlləsində İŞİD-in təlim keçdiyi hücrə evində keçirilib.

Bölgədə əməliyyat davam etdirilir.