Türkiyədə fabrikdə baş verən qəzada 3 nəfər həlak olub

Region
  • 04 iyun, 2026
  • 03:11
Türkiyədə fabrikdə baş verən qəzada 3 nəfər həlak olub

Türkiyənin şimalındakı Samsun vilayətinin Tekkeköy rayonunda fabrikdə baş verən qəzada üç işçi həlak olub.

"Report"un "TRT Haber"ə istinadən məlumatına görə, hadisə dəmir-polad istehsalı fabrikində çirkab suların toplandığı quyuda su nasosunu təmiri zamanı baş verib.

İşçilərin üçü də elektrik cərəyanına qapılaraq həyatlarını itirib. Hadisə yerinə cəlb olunan xilasedicilər onların cəsədlərini quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə bağlı araşdırma başladılıb.

44 - Tezliklə