Səudiyyə Ərəbistanı husilərin dinc sakinlərə hücumlarını pisləyib

Digər ölkələr
  • 06 oktyabr, 2026
  • 02:39
Səudiyyə Ərəbistanı husilərin dinc sakinlərə hücumlarını pisləyib

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi (XİN) "Ənsar Allah" hərəkatından olan husilər tərəfindən krallıq ərazisindəki mülki və kommersiya obyektlərinin davamlı olaraq atəşə tutulmasını qətiyyətlə pisləyib.

"Report" xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib.

"Qırmızı dənizin cənub hissəsində və Bab əl-Məndəb boğazında Səudiyyə gəmilərinə hücumlarına əlavə olaraq, husi silahlı dəstələrinin Krallıqdakı dinc sakinləri, mülki və iqtisadi obyektləri davamlı olaraq atəşə tutmasını, eləcə də müqəddəs Məkkə və Mədinəyə, həmçinin paytaxt Ər-Riyada və Krallığın şəhərlərinə hücumlarını qətiyyətlə pisləyirik", - paylaşımda qeyd olunub.

Qeyd edək ki, Məkkə sazişi çərçivəsində Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək.