Türkiyədə baş vermiş yol qəzasında 7 nəfər ölüb, 10 nəfər yaralanıb

Region
  • 28 avqust, 2016
  • 05:59
Türkiyədə baş vermiş yol qəzasında 7 nəfər ölüb, 10 nəfər yaralanıb

Bakı. 28 avqust. REPORT.AZ/ Türkiyənin cənub-şərqində ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə "CNN Türk" xəbər yayıb.

Məlumata görə, hadisə Adıyaman şəhəri yaxınlığında baş verib. Bingöl-Adıyaman marşrutu ilə hərəkət edən sərnişin avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 7 nəfər ölüb. Ölənlərdən 2-nin uşaq olduğu bildirilir.

Qəza zamanı daha 10 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib. 

Xəsarət alanlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Polis hadisənin başvermə səbəblərini araşdırır. 

44 - Tezliklə