Türkiyə XİN başçısı: "İsveç və Finlandiyanı anlayırıq, bizim də narahatlıqlarımız nəzərə alınmalıdır"

Region
  • 23 iyun, 2022
  • 08:03
Türkiyə XİN başçısı: İsveç və Finlandiyanı anlayırıq, bizim də narahatlıqlarımız nəzərə alınmalıdır

“Bizim gözləntilərimiz aydındır”.

“Report” xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu britaniyalı həmkarı Liz Trassla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

“İsveç və Finlandiyanın təhlükəsizliklə bağlı narahatlıqlarını anlayırıq. Lakin təkcə namizəd ölkələrin deyil, digərlərinin, o cümlədən bizim də narahatlıqlarımız nəzərə alınmalıdır. Yəqin ki, bu məsələlər qarşıdakı günlərdə də müzakirə olunacaq. Xüsusilə terrorla mübarizə məsələsinə köklənməliyik", - o bildirib.

44 filmi