Bitkoinin qiyməti kripto bazarda kütləvi ləğvlər fonunda 79 min dollardan aşağı düşüb
- 30 oktyabr, 2026
- 02:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Bitkoin məzənnəsi 79 min dollardan aşağı düşüb, "Ethereum" isə kriptovalyuta kotirovkalarının geniş miqyaslı azalması fonunda 5 %-dən çox ucuzlaşıb.
"Report" xəbər verir ki, bunu "Binance" ticarət platformasının məlumatları sübut edir.
Bakı vaxtı ilə saat 00:47-ə olan məlumata görə, bitkoinin qiyməti 3,32 % azalaraq 78 341 dollara düşüb. "Ethereum"in məzənnəsi 5.01 % azalaraq 2.233 dollara enib. Daha əvvəl, saat 00:42-də "Bitkoin"in qiyməti 79.370 dollar olub, "Ethereum" 2.265 dollar təşkil edib, qiyməti 3.71 % enib.
"CoinMarketCap"ın məlumatına görə, 29 oktyabrda kripto valyuta bazarının ümumi kapitallaşması 2,67 trilyon dollar olub. Bitkoin təxminən 1,6 trilyon dollar və ya bazarın 60,2 %-ni, "Ethereum" isə 276,6 milyard dollar (10,5 %) təşkil edib.