Türkiyə Suriya ilə sərhədə ağır texnika yerləşdirib
Region
- 17 fevral, 2016
- 09:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 fevral. REPORT.AZ/ Türk Silahlı Qüvvələri Türkiyənin Suriya ilə sərhəddə yerləşən Kilis bölgəsinə tank, zirehli avtomobil, artilleriya bateryası göndərib.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, hərbi texnika Türkiyənin Yüksəktəpə sərhəd məntəqəsinə yerləşdirilib. Təhlükəsizlik tədbirləri çərçivəsində bölgəyə jandarm, əsgərlər də göndərilib.
Xəbərdə bildirilib ki, "Fırtına" adlı qaubitslar, tank və toplar Suriyaya doğru tuşlanıb.
İnformasiyalara əsasən, Suriyadan gələn qaçqın axını ilə bağlı təhlükəsizliyin təmin olunması üçün Kilisə 15 min əsgər göndərilib.
Son xəbərlər
01:05
Fransada polis və etirazçılar arasında toqquşmalar olub, 500 nəfər saxlanılıb
Digər ölkələr00:24
Tramp Maskı ABŞ-nin texnoloji nailiyyətlərinə töhfəsinə görə mükafatlandırıb
Digər ölkələr00:00
Hadrutun işğaldan azad olunmasından 6 il ötür
Qarabağ23:52
ABŞ-nin hərbi hava gəmisi Şimali Karolinada sərt eniş edib, xəsarət alan var
Digər ölkələr23:33
ABŞ İranın "kölgə donanması"na yeni sanksiyalar tətbiq edib
Digər ölkələr23:19
Britaniya ilə Almaniya müdafiə və süni intellekt sahəsində əməkdaşlıq müqaviləsini ratifikasiya edib
Digər ölkələr23:02
Ficidə Azərbaycanın SIDS ilə həmrəyliyi qabardılıb
Xarici siyasət22:59
"Barselona" müdafiəçisi Xavi Espartla müqavilənin müddətini uzadıb
Futbol22:48