"Barselona" müdafiəçisi Xavi Espartla müqavilənin müddətini uzadıb

Futbol
  • 08 oktyabr, 2026
  • 22:59
Barselona müdafiəçisi Xavi Espartla müqavilənin müddətini uzadıb

İspaniya təmsilçisi "Barselona" sağ cinah müdafiəçisi Xavi Espartla müqavilənin müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Futbolçunun yeni sözləşməsi 2030-cu ilədək nəzərdə tutulub. 19 yaşlı futbolçu "Barselona"nın yetirməsidir. O, 8 yaşından klubun akademiyasında çıxış edib. Espart əsas komandada debütünü bu il UEFA Çempionlar Liqasında "Nyukasl"a (İngiltərə) qarşı oyununda edib.

Müdafiəçi əsas komandada ümumilikdə 11 matçda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.