Türkiyə şirkəti Qırğız Respublikasında təyyarənin qəzaya uğraması nəticəsində zərər çəkənlərə yardım edəcək

Region
  • 01 fevral, 2017
  • 08:15
Türkiyə şirkəti Qırğız Respublikasında təyyarənin qəzaya uğraması nəticəsində zərər çəkənlərə yardım edəcək

Bakı. 1 fevral. REPORT.AZ/ Qırğız Respublikasında təyyarəsi qəzaya uğrayan Türkiyənin “ACT” Hava Yolları şirkəti hadisədən zərərçəkənlərin ailələrinə yardım edəcək.

“Report” Qırğız Respublikası KİV-inə istinadən xəbər verir ki, məlumatı hökumətin mətbuat xidməti yayıb.

Qırğız Respublikası baş nazirinin müavini Muhammetkalı Abulqaziyev fevralın 1-də şirkətin nümayəndə heyətinin başçısı Celal Karabaşla görüşüb. Onlar qəza və ondan sonra yaranan vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, yanvarın 16-da Türkiyənin "ACT" Hava Yolları şirkətinə məxsus “Boeing747”nin Bişkek yaxınlığındakı Daça SU qəsəbəsində yaşayış binasının üstünə uçması nəticəsində 4-ü ekipaj üzvü, 35 sakin ölmüş, 16 nəfər isə xəsarət almışdı. 

44 filmi