Türkiyə parlamentində müxalifəti təmsil edən deputatlar arasında dava olub - VİDEO

Region
  • 13 mart, 2018
  • 08:36
Türkiyə parlamentində müxalifəti təmsil edən deputatlar arasında dava olub - VİDEO

Bakı. 13 mart. REPORT.AZ/ Türkiyə parlamentində müxalifəti təmsil edən iki partiya – Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan deputatlar arasında dava düşüb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə martın 13-də məclisdə seçki ittifaqının qanuniləşdirilməsinin müzakirə zamanı qeydə alınıb.

CHP-nin İzmirdən olan deputatı Musa Çam əvvəllər MHP-nin sədri Devlet Bahçelinin Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla yaşanmış “zürriyet” ifadəsi ilə bağlı mübahisəni xatırladıb. Bundan sonra MHP-dən olan deputatlar onu kürsüdə sıxışdırıb. Bu isə iki müxalif partiyanın deputatları arasında dava-dalaşa səbəb olub.

Türkiyə Böyük Millət Məclisi (TBMM) Musa Çamı cəzalandıraraq onun üç iclasa buraxılmaması barədə qərar çıxarıb. 

Türkiyə parlamentində müxalifəti təmsil edən deputatlar arasında dava olub - VİDEO