Türkiyə hərbçiləri daha iki il Əfqanıstanda qalacaq

Region
  • 05 yanvar, 2017
  • 06:16
Türkiyə hərbçiləri daha iki il Əfqanıstanda qalacaq

Bakı. 5 yanvar. REPORT.AZ/ NATO-nun tərkibində xidmət edən Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri Əfqanıstanda daha 2 il qalacaq.

“Report” Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi hökumətə məsələ ilə bağlı uyğun səlahiyyət verib.

Bu il yanvarın 6-dan etibarən Türkiyə hərbçiləri Əfqanıstanda daha iki il xidmət edəcək.