​Türkiyə Ali Hərbi Şurasının qərarları açıqlanıb

Region
  • 28 iyul, 2016
  • 19:38
​Türkiyə Ali Hərbi Şurasının qərarları açıqlanıb

Bakı. 28 iyul. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ali Hərbi Şuranın qərarlarını təsdiq edib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar vəzifələrinin icrasını davam etdirəcək.

Bundan əlavə general Yaşar Gülər Jandarmeriya qüvvələrinin komandanı təyin olunub. Baş Qərərgahın ikinci rəisi vəzifəsi general Ümid Dündara həvalə edilib.