Tokayev və Laytstoun TRIPP təşəbbüsünü müzakirə ediblər
- 04 iyun, 2026
- 16:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Sülh Şurasının baş müşaviri Arye Laytstoun Astanada keçirilən görüş zamanı TRIPP (Tramp Marşrutu) təşəbbüsünü müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.
"Həmsöhbətlər nəqliyyat-logistika sahəsində əməkdaşlığın perspektivlərini, o cümlədən TRIPP təşəbbüsünü və Orta Dəhliz çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər. Qazaxıstanın regionlararası qarşılıqlı əlaqələrin gücləndirilməsində və beynəlxalq nəqliyyat marşrutlarının şaxələndirilməsində maraqlı olduğu vurğulanıb", - məlumatda bildirilib.
Arye Laytstoun Qazaxıstanın Sülh Şurasının işində və digər beynəlxalq təşəbbüslərdə fəal iştirakını, o cümlədən İbrahim sazişlərinə qoşulmaq qərarını yüksək qiymətləndirib.
Görüşün yekunlarına əsasən, geniş spektrli məsələlər üzrə əməkdaşlığın daha da genişləndirilməsinə hazırlıq təsdiqlənib.