Tokayev Qazaxıstanda birpalatalı parlament yaratmağı təklif edib

Region
  • 08 sentyabr, 2025
  • 12:31
Tokayev Qazaxıstanda birpalatalı parlament yaratmağı təklif edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev birpalatalı parlament yaratmağı təklif edib.

"Report"un Qazaxıstan bürosunun məlumatına görə, o, bu barədə xalqa müraciətində bildirib.

"Bu çox ciddi məsələdir, onun həllində tələsmək yersizdir. Bu islahat mütləq vətəndaş sektorunda, ekspert mühitində və əlbəttə ki, hazırkı parlamentdə müzakirə mövzusu olmalıdır", - K.Tokayev bildirib.

Onun fikrincə, müzakirənin aparılmasına azı bir il vaxt lazım olacaq: "2027-ci ildə ümummilli referendum keçirmək, sonra isə Konstitusiyaya lazımi dəyişikliklər etmək olardı". 

K.Tokayev birpalatalı parlamentin yalnız partiya siyahıları üzrə seçilməli olduğu fikrini ifadə edib: "Bu, dünyada geniş yayılmış parlament ənənəsinə uyğun olacaq".