TDT-də Beynəlxalq Böhran Qrupunun ekspertləri ilə müzakirələr aparılıb

Region
  • 03 fevral, 2023
  • 19:19
TDT-də Beynəlxalq Böhran Qrupunun ekspertləri ilə müzakirələr aparılıb

Fevralın 3-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Yerjan Mukaş Beynəlxalq Böhran Qrupunun ekspertləri ilə görüşüb.

“Report”un Ankara bürosunun məlumatına görə, bu barədə TDT-nin mətbuat xidmətindən bildirilib.

Görüş Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Olqa Olikerin sədrliyi ilə keçirilib, dünayadkı böhran məsələləri müzakirə edilib.