Tbilisidə iğtişaşlar nəticəsində həbs olunanların sayı 35-ə çatıb

Region
  • 08 oktyabr, 2025
  • 23:09
Tbilisidə iğtişaşlar nəticəsində həbs olunanların sayı 35-ə çatıb

Gürcüstanın hüquq-mühafizə orqanları oktyabrın 4-də Tbilisidə baş verən hadisələrlə bağlı indiyədək 35 nəfəri saxlayıb.

"Report"un xəbərinə görə, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinqdə bildirib.

Onun sözlərinə görə, saxlanılanlar arasında həm mitinqin təşkilatçıları, həm də qanunsuz və zorakılıq hərəkətləri edən iştirakçılar var.

İstintaq zamanı əldə edilən sübutlar göstərir ki, oktyabrın 4-də saxlanılan şəxslər aksiya təşkilatçıları ilə birlikdə prezident sarayının hasarını sındıraraq içəri girməyə cəhd ediblər.

"Gürcüstan Daxili İşlər Nazirliyinin Baş Kriminal Polis Departamenti bu il oktyabrın 4-də Tbilisidə baş vermiş kriminal hadisələrlə bağlı fəal araşdırmanı davam etdirir", - məlumatda deyilir.

Son xəbərlər

Bütün Xəbər Lenti