"Bavariya" Bundesliqa tarixində ən sürətli qolu buraxıb

Futbol
  • 10 oktyabr, 2026
  • 18:51
Bavariya Bundesliqa tarixində ən sürətli qolu buraxıb

Münxenin "Bavariya" komandası "Auqsburq"a qarşı V turun səfər matçında Bundesliqa tarixində ən sürətli qolu buraxıb.

Bu barədə "Report" "Opta" statistik portalına istinadən xəbər verir.

"Auqsburq"un yarımmüdafiəçisi Robin Felhaver "Bavariya"nın qapıçısı Manuel Noyerin kobud səhvindən sonra görüşün 8-ci saniyəsində fərqlənib.

41 yaşlı qolkiper öz qapısından təxminən 30 metr aralıda kobud səhvə yol verib, topu ələ keçirən Felhaver isə boş qapını dəqiq nişan alıb.

Əvvəlki rekord 9 saniyə təşkil edirdi. Bu rekordu Kərim Bellarabi ("Bayer 04"; 23 avqust 2014-cü ildə Dortmund "Borussiya"sına qarşı matçda) və Kevin Folland ("Hoffenhaym"; 22 avqust 2015-ci ildə "Bavariya"ya qarşı matçda) paylaşırdılar.