EHF Avropa Kuboku: "Kür" ilk oyunda APOEL-i böyük hesabla məğlub edib

Komanda
  • 10 oktyabr, 2026
  • 18:30
EHF Avropa Kuboku: Kür ilk oyunda APOEL-i böyük hesabla məğlub edib

Qadınlardan ibarət "Kür" həndbol komandası EHF Avropa Kubokunda yeni mövsümə qələbə ilə start verib.

"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin II təsnifat mərhələsində Kiprin APOEL kollektivi ilə üz-üzə gəlib.

"Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən qarşılaşma Mingəçevir kollektivinin qələbəsi ilə yekunlaşıb - 40:18.

Xatırladaq ki, tərəflər arasında cavab oyunu oktyabrın 11-də eyni məkanda baş tutacaq.