Tbilisi meriyasının binasında yanğın olub

Region
  • 18 yanvar, 2018
  • 07:17
Tbilisi meriyasının binasında yanğın olub

Bakı. 18 yanvar. REPORT.AZ/ Tbilisi meriyasının binasında yanğın olub.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Agentliyi məlumat yayıb.

Yanvarın 18-də səhər saatlarında baş verən hadisə nəticəsində binadakı əşyalar və bir neçə kvadratmetr sahə yanıb.

Hadisə nəticəsində xəsarət alanların olması barədə məlumat yayılmayıb.

Yanğın söndürülüb.