İnam Kərimov: Hakimliyə namizədlərin seçimi şəffaf və təkmilləşmiş mərhələlər üzrə davam edir
- 30 sentyabr, 2026
- 10:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Hakim korpusunun çevik komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim prosesləri şəffaf və təkmilləşdirilmiş mərhələlər üzrə davam edir.
"Report"a Məhkəmə-Hüquq Şurasından verilən məlumata görə, bu barədə Şuranın sədri İnam Kərimov qurumun iclasında bildirib.
Məlumata görə, iclasda həmçinin Hakimlərin Seçki Komitəsinin müraciətinə də baxılıb. Komitənin üzvü, Ali Məhkəmənin hakimi Elşanə Vəliyeva hakim vəzifəsinə namizədlərin seçimi prosesi barədə ətraflı məlumat təqdim edib.
Sonra müsabiqəni uğurla başa vurmuş 39 hakimliyə namizədlə fərdi söhbətlər aparılıb, onlara tövsiyələr verilib və yekunda birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunmaları üçün təkliflərin hazırlanması qərara alınıb.
Daha sonra intizam icraatı üzrə işlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.