Tacikistanda baş verən yol qəzasında 11 nəfər ölüb

Region
  • 02 iyul, 2026
  • 15:25
Tacikistanda baş verən yol qəzasında 11 nəfər ölüb

Tacikistanda Düşənbə-Kulyab-Xoroq şossesində ağır yol-nəqliyyat hadisəsi olub, nəticədə 11 nəfər ölüb.

"Report" Tacikistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında baş verən qəzada ölənlərdən 9-u sərnişindir. Hadisənin səbəbləri müəyyənləşdirilir.

Qeyd edilib ki, Elok kəndi ərazisində avtomobil yolu ilə hərəkət edərkən "Dulan" markalı yük maşını "Opel Zafira" və "Toyota Prado" markalı iki minik avtomobili ilə toqquşub.

44 - Tezliklə