Xarkovda Rusiyanın endirdiyi zərbə nəticəsində yaralananların sayı 42-yə çatıb – YENİLƏNİB
- 08 iyul, 2026
- 16:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya Silahlı Qüvvələrinin Xarkovun Nemışlyanski rayonunda beşmərtəbəli yaşayış binasına endirdiyi zərbə nəticəsində xəsarət alanların sayı 42-yə çatıb.
"Report" xəbər verir ki, bu barədə Xarkov Vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.
Qeyd edilib ki, xəsarət alanlar arasında uşaqlar da var.
İlkin məlumatlara görə, zərbə endirmək üçün Rusiya hərbçiləri S8000 "Banderol" dron-raketindən istifadə ediblər.
Rusiya Silahlı Qüvvələrinin Xarkovun (Ukrayna) Nemışlyansk rayonundakı yaşayış binasına endirdiyi zərbə nəticəsində 2 nəfər ölüb, 23 nəfər xəsarət alıb.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.
"Uşaqlar da daxil olmaqla 16 nəfər yaralanıb. Xəstəxanada 5 nəfər var, 1 nəfər ağır vəziyyətdədir. Daha 7 zərərçəkən kəskin stres keçirib, onlara yerindəcə tibbi yardım göstərilib", - o yazıb.