Sərhəddə toqquşma baş verdi, 20 qırğız yaralandı

Region
  • 01 iyun, 2020
  • 08:11
Sərhəddə toqquşma baş verdi, 20 qırğız yaralandı

Qırğız Respublikasının Özbəkistan ilə sərhədində bir neçə yüz adamın iştirak etdiyi yerli sakinlərin toqquşması baş verib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, toqquşma zamanı 20-dən çox qırğız xəsarət alıb.

Qeyd olunur ki, münaqişə su səbəbindən baş verib: sakinlər bulaqla bağlı razılığa gələ bilməyiblər.

“Hadisədən sonra 25 yaralı şəxs Aydarken şəhərindəki ümumi təcrübə mərkəzinə gətirilib” – Qırğız Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib.