Avstriya XİN başçısı: "Sergey Lavrovla danışıqların mühüm mövzularından biri münaqişələrin həlli məsələsi idi"

Region
  • 18 yanvar, 2017
  • 10:44
Avstriya XİN başçısı: Sergey Lavrovla danışıqların mühüm mövzularından biri münaqişələrin həlli məsələsi idi

Bakı. 18 yanvar. REPORT.AZ/ Avstriya və Rusiya xarici işlər nazirləri regionda münaqişələrin həlli məsələsini müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

"Danışıqların mühüm mövzularından biri regionda münaqişələrin həll edilməsi məsələsi idi", - S.Kurts vurğulayıb.

Qeyd edək ki, bu il yanvarın 1-dən Avstriya ATƏT-də sədrliyi qəbul edib. Sədrliyin əsas prioritetlərindən biri kimi ATƏT məkanında həll olunmamış münaqişələrin nizamlanması göstərilib.

44 - Tezliklə