SEPAH: Hörmüz boğazında tanker minaya düşüb

Region
  • 16 noyabr, 2026
  • 02:10
SEPAH: Hörmüz boğazında tanker minaya düşüb

Hörmüz boğazının şərq hissəsində tanker minaya düşərək alovlanıb.

"Report" xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, silahlı qüvvələrin elit bölməsi) İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

"Bir saat əvvəl tanker Hörmüz boğazının şərq hissəsində minaya düşüb və alovlanıb", - məlumatda bildirilib.

SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, tanker naviqasiya sistemlərini sıradan çıxarıb və Hörmüz boğazında qadağan olunmuş zonada olub. Ekipajın vəziyyəti və ya ətraf mühitə mümkün ziyan barədə hələ heç bir məlumat yoxdur.

44 filmi