Senator Deyns ABŞ-nin Bakı və İrəvan arasında sülh sazişi ilə bağlı mövqeyini təsdiqləyib
- 31 may, 2025
- 10:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı və İrəvan arasında sülh sazişinin bağlanması Cənubi Qafqaz regionunda sabitlik və rifahı təmin edəcək.
“Report” ABŞ-nin Ermənistandakı səfirliyinin paylaşımına istinadən xəbər verir ki, bunu ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsinin üzvü, senator Stiv Deyns Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə bildirib.
"Senator Stiv Deyns və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə regional təhlükəsizlik məsələləri, həmçinin Ermənistan iqtisadiyyatına investisiya perspektivləri müzakirə olunub. Senator Tramp administrasiyasının regionda sabitliyin və rifahın təmin edilməsi üçün Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanmasının zəruriliyi ilə bağlı mövqeyinə dəstəyini ifadə edib", - paylaşımda qeyd olunub.
U.S. Senator @SteveDaines, member of the U.S. Senate Committee on Foreign Relations, met with Armenian Prime Minister @NikolPashinyan. Senator Daines discussed regional security issues and opportunities for economic investment.
— US Embassy, Armenia (@usembarmenia) May 31, 2025
He conveyed his support for the Trump… pic.twitter.com/6lCuBZreE7