Ermənistanın müxalif milyarderi Koçaryanla görüşmədiyini bildirib

Region
  • 29 may, 2019
  • 11:53
Ermənistanın müxalif milyarderi Koçaryanla görüşmədiyini bildirib

"Çiçəklənən Ermənistan Partiyası Ermənistanın keçmiş prezidenti Robert Koçaryanla əməkdaşlıq etməyəcək".

“Report” “Newsarmenia”ya istinadən xəbər verir ki, bunu partiyanın lideri, parlamentdəki “Sarukyan” fraksiyasının rəhbəri, iş adamı, milyarder Qaqik Sarukyan mayın 29-da jurnalistlərə bildirib.

Sarukyan Koçaryanla görüşmədiyini və ona zəng etmədiyini vurğulayıb. Başçılıq etdiyi siyasi qüvvənin Robert Koçaryanla əlaqədar olduğu sualına cavabında iş adamı deyib: “Məni heç kim dəstəkləməyib. Mənim heç kimin qarşısında öhdəliyim yoxdur. Kiminlə lazımdırsa, onunla görüşürəm”.

Qeyd edək ki, Sarukyanın partiyası Koçaryanın prezidentliyi dövründə - 2004-cü ildə təsis olunub. Hazırda ölkə parlamentində 26 deputatla təmsil olunurlar. Ermənistan parlamentinin 132 üzvü var. Çiçəklənən Ermənistan Partiyası hazırda baş nazir Nikol Paşinyana müxalifdir.

44 - Tezliklə