Rusiyaya səfər edən Gürcüstan vətəndaşlarının sayı 5 dəfə artıb

Region
  • 27 yanvar, 2016
  • 06:07
Rusiyaya səfər edən Gürcüstan vətəndaşlarının sayı 5 dəfə artıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Rusiyaya səfər etmək istəyən Gürcüstan vətəndaşlarına verilən vizaların sayı 5 dəfə artıb.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu İsveçrənin Tbilisidəki səfirliyindən Rusiyanın Gürcüstanda maraqlarını müdafiə edən bölmənin rəhbəri Vadim Qorelov bildirib.

Onun sözlərinə görə, 2013-cü ildə Rusiyaya səfər etmək istəyən Gürcüstan vətəndaşlarına gün ərzində 70 viza verildiyi halda hazırda bu rəqəm 350-yə çatıb.

V.Qorelov deyib ki, viza ilə Rusiyaya getmək istəyənlərin sayı elə kəskin artmasa da, onların sırası daimi genişlənir.

44 - Tezliklə