Rusiyanın hərbi helikopteri qəzaya uğrayıb, iki nəfər ölüb - ƏLAVƏ OLUNUB

Region
  • 13 aprel, 2018
  • 05:56
Rusiyanın hərbi helikopteri qəzaya uğrayıb, iki nəfər ölüb - ƏLAVƏ OLUNUB

Bakı. 13 aprel. REPORT.AZ/ Baltik dənizi üzərində Rusiyanın “Ka-29” hərbi helikopteri itkin düşüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanları məlumat yayıb.

Helikopterin göyərtəsində iki ekipaj üzvü olub. Helikopterlə rabitə əlaqəsi kəsilib.

Hazırda axtarış-əməliyyat tədbirləri keçirilir.

Hadisənin səbəbi araşdırılır.

***

Baltik dənizi üzərində itkin düşən Rusiya helikopterinin qəzaya uğradığı məlum olub. Bildirilib ki, helikopterdə iki nəfər varmış. Onlar sınaq uçuşları keçirirmişlər.

Qəza nəticəsində onların hər ikisi ölüb.