Rusiyanın helikopteri Suriyada qəzaya uğrayıb, ekipaj üzvləri ölüb

Region
  • 12 aprel, 2016
  • 06:48
Rusiyanın helikopteri Suriyada qəzaya uğrayıb, ekipaj üzvləri ölüb

Bakı. 12 aprel. REPORT.AZ/ Rusiya Hərbi Hava-Kosmik qüvvələrinə məxsus "Mi-28N" helikopterinin Suriyada qəzaya uğraması nəticəsində ekipajın iki üzvü ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə yerində əməliyyat qrupu araşdırma aparır.

İnformasiyaya əsasən, "Mi-28N"ə heç kim atəş açmayıb. 

44 filmi