Rusiyada pandemiya qurbanlarının sayı 75 mini ötdü

Region
  • 04 fevral, 2021
  • 08:03
Rusiyada pandemiya qurbanlarının sayı 75 mini ötdü
koronavirus

Rusiyada son bir gündə daha 16 714 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 917 918 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 521 nəfər artaraq 75 205-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 389 913 nəfər sağalıb.

44 - Tezliklə