Rusiyada helikopter qəzasında ölənlərin sayı 6 nəfərə çatıb - YENİLƏNİB

Region
  • 07 mart, 2018
  • 12:20
Rusiyada helikopter qəzasında ölənlərin sayı 6 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 7 mart. REPORT.AZ/ Çeçenistanda "Mi-8" helikopterinin qəzaya uğraması nəticəsində azı altı nəfər ölüb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə hadisə baş verən Şatoy kəndində yaradılan qərargahdan bildiriblər.

"İlkin məlumatlara görə, qəza nəticəsində altı nəfər ölüb, bir nəfər də ağır yaralıdır. Helikopterin göyərtəsində, ümumilikdə, yeddi nəfər olub", - qərargahdan deyilib.

Respublikanın rəhbəri Ramzan Kadırov bildirib ki, helikopter Sərhəd Qoşunlarına məxsus olub və əlverişsiz hava şəraiti ilə əlaqədar dağlarda dar dərəyə düşüb: "Gələn məlumatlara görə, ölən və yaralananlar var. Onların sayı müəyyənləşdirilir".


***14:48

Çeçenistanda "Mi-8" helikopteri qəzaya uğrayıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Mənbə bildirib ki, ilkin məlumatlara görə, ölənlər var. Helikopterin göyərtəsində 9 nəfər olub, azı 5 nəfər ölüb.

"Bu məlumatlar dəqiqləşdirilir. Helikopterin sərhəd xidmətinə aid olduğu güman edilir", - mənbə məlumat verib.

***

Çeçenistanda helikopterin qəzaya uğradığı yerdə üç nəfərin cədədi və sağ qalmış iki nəfər aşkar edilib. 

İlkin versiyaya görə, qəzaya əlverişsiz hava şəraiti səbəb olub. 

44 filmi