"Arsenal"ın futbolçusu Bukayo Saka altı həftə yaşıl meydanlardan kənarda qalacaq

Futbol
  • 24 oktyabr, 2026
  • 14:21
Arsenalın futbolçusu Bukayo Saka altı həftə yaşıl meydanlardan kənarda qalacaq

İngiltərənin "Arsenal" klubunun futbolçusu Bukayo Saka altı həftə yaşıl meydanlardan kənarda qalacaq.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, buna 25 yaşlı oyunçunun Almaniyada "Bavariya"ya qarşı keçirdikləri UEFA Çempionlar Liqası matçında zədələnməsi səbəb olub.

Tibbi müayinələrdən sonra Sakanın durumunun ciddi olduğu müəyyənləşib.

Xatırladaq ki, "Bavariya" - "Arsenal" oyunu 2:2 hesabı ilə başa çatıb. Saka cari mövsüm meydana çıxdığı 11 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.