Rusiya zavoduna PUA hücumu Qazaxıstanın qaz təchizatına təsir etməyib

Region
  • 19 oktyabr, 2025
  • 14:51
Rusiya zavoduna PUA hücumu Qazaxıstanın qaz təchizatına təsir etməyib

Rusiyanın "Orenburq" qaz emalı zavoduna pilotsuz uçuş aparatları vasitəsilə olunan hücum Qazaxıstan daxilində yanacaq təchizatına təsir etməyib.

Bu barədə "Report"un Qazaxıstan bürosu ölkənin Energetika Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, daxili istehlakçılara qaz tədarükü məhdudiyyətsiz, normal rejimdə həyata keçirilir.

"Qazprom"un məlumatına görə, 2025-ci il oktyabrın 19-da Orenburq Qaz Emalı Zavodunda PUA-nın hücumundan sonra qəza baş verib və zavodun Qaraçaqanak yatağından xam qaz qəbulunu müvəqqəti dayandırıb.

Nazirlikdən verilən məlumata görə, müəssisə müvəqqəti olaraq Karaçaqanak yatağından xam qazın qəbulunu dayandırıb. "Qazaxıstanın qaz təchizatına bu hadisə təsir etməyib. Zavodun zədələnməsinin xarakteri və fəaliyyətinin bərpa müddəti barədə hələlik Rusiya tərəfindən məlumat təqdim olunmayıb".

Qurumdan qeyd olunub ki, Karaçaqanak xammalının emalına və hasilata mümkün təsirlərlə bağlı məsələlər araşdırılır. Mümkün itkilərin qiymətləndirilməsi və növbəti addımlar barədə əlavə məlumat veriləcək. Qazaxıstanın Energetika Nazirliyi Rusiya tərəfi və yatağın operatorları ilə daimi əlaqə saxlayır.

Qeyd edək ki, gecə saatlarında Orenburq vilayətində yerləşən qaz emalı zavodu pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hadisə şahidləri yanğın, bir neçə partlayış və səmada tüstülənmə müşahidə olunduğunu bildiriblər.

Son xəbərlər

Bütün Xəbər Lenti