EHF Avropa Kuboku: "Kür" bu gün APOEL-lə cavab oyununa çıxacaq

Komanda
  • 11 oktyabr, 2026
  • 08:53
EHF Avropa Kuboku: Kür bu gün APOEL-lə cavab oyununa çıxacaq

Qadınlardan ibarət "Kür" həndbol komandası EHF Avropa Kubokunda növbəti oyununa bu gün çıxacaq.

"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin II təsnifat mərhələsinin cavab görüşündə Kiprin APOEL kollektivi ilə üz-üzə gələcək.

"Kür" Olimpiya Tədris-İdman Mərkəzindəki qarşılaşma saat 17:00-da start götürəcək.

Ötən gün Mingəçevir klubu ilk qarşılaşmada inamlı qələbə qazanıb - 40:18.

44 - Tezliklə