Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

Digər ölkələr
  • 11 oktyabr, 2026
  • 10:24
Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

Nepalın Qorxa rayonunda qəfil daşqınlar evləri, körpüləri və infrastrukturu dağıdıb, dörd nəfər itkin düşüb.

"Report"un "The Kathmandu Post" qəzetinə istinadən verdiyi məlumata görə, fəlakət 11 oktyabr səhər Budhi-Qandaki çayında qeydə alınıb.

Güclü axın bir neçə evi, iki asma piyada körpüsünü və avtomobil körpüsünü yuyub aparıb.

Bundan əlavə, daşqın Budhi-Qanda su elektrik stansiyasının tikinti sahəsinə ciddi ziyan vurub və bəzi avadanlıqları məhv edib.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatları aparılır.

44 - Tezliklə