Rusiya ordusu Xarkovda mülki avtomobili vurub, 4 nəfər ölüb

Region
  • 17 iyun, 2023
  • 10:08
Rusiya ordusu Xarkovda mülki avtomobili vurub, 4 nəfər ölüb

Rusiya ordusu Ukraynanın Xarkov vilayətində hərəkətdə olan mülki avtomobilə raket zərbəsi endirib.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bu barədə Xarkov vilayət Hərbi administrasiyasından bildirilib.

Hücum nəticəsində 4 nəfər mülki şəxs ölüb.

44 - Tezliklə