Rusiya MSK-ya yeni sədr seçilib

Region
  • 28 mart, 2016
  • 07:04
Rusiya MSK-ya yeni sədr seçilib

Bakı. 28 mart. REPORT.AZ/ Rusiyanın İnsan Haqları üzrə keçmiş səlahiyyətlisi Ella Pamfilova Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) yeni sədri seçilib.

"Report" TASS-a istinadən xəbər verir ki, E.Pamfilovanın namizədliyini MSK üzvü Boris Ebzeyev irəli sürüb.

Yeni sədr namizədliyinə verdikləri dəstəyə görə, həmkarlarına təşəkkür edib.

Qeyd edək ki, MSK-nın tərkibi 60% dəyişib. 15 nəfərdən 9-u, o cümlədən Komissiyanın keçmiş sədri Vladimir Çurov yeni müddətə seçilməyib.