Bakıda "Bir inci" adlı rəsm sərgisinin açılışı olub

Mədəniyyət siyasəti
  • 25 avqust, 2026
  • 17:25
Bakıda Bir inci adlı rəsm sərgisinin açılışı olub

Bakıda "Bir inci" adlı rəsm sərgisinin açılışı olub.

"Report" xəbər verir ki, sərgi rəssam Vasif Nəcəfzadənin təşkilatçılığı ilə baş tutur.

Açılışda mədəniyyət və media nümayəndələri iştirak edirlər.

Sərgidə müxtəlif rəssamların əl işləri nümayiş olunur.

Vasif Nəcəfzadənin sözlərinə görə, bugünkü rəsm sərgisi "61 ahəng" şüarı adı altında təşkil olunur: "Burada bizim gənc və öz sözünü demiş rəssamlarımızın əsərləri var. Əsərlərdə daha çox gül kompozisiyalarından istifadə edilib. Burada bizim müəyyən xalçalarımız, heykəllərimiz də nümayiş olunur".

Qeyd edək ki, sərgi 2 gün müddətində vətəndaşların ziyarətinə açıq olacaq.