​Rusiya Ermənistan AES üçün 270 milyon dollar kredit ayırıb

Region
  • 26 dekabr, 2014
  • 14:11
​Rusiya Ermənistan AES üçün 270 milyon dollar kredit ayırıb

Bakı. 26 dekabr. REPORT.AZ/ Atom Elektrik Stansiyasının (AES) fəaliyyət müddətinin uzadılması məqsədi ilə Rusiya hökuməti Ermənistana 270 milyon dollar kredit verilməsini təsdiqləyib.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, 270 milyon dollarlıq kredit Ermənistan ərazisindəki "Metsamor" AES-in 15 il müddətinə istismarına xərclənəcək.

AES-in ikinci blokununu istismar müddəti 2016-cı ilin sentyabr ayında başa çatır.

Xatırladaq ki, bir müddət öncə Ermənistandakı AES-in ikinci blokunun istismar müddətinin uzadılmasına dair əməkdaşlıq haqda Rusiya ilə Ermənistan hökumətləri arasında müqavilə imzalanıb.