Aİ Ukraynaya maliyyə dəstəyini artırmağa hələ hazır deyil

Digər ölkələr
  • 01 sentyabr, 2026
  • 16:36
Aİ Ukraynaya maliyyə dəstəyini artırmağa hələ hazır deyil

Avropa Komissiyası hələlik Ukraynaya təsdiq edilmiş 90 milyard avro (2026-2027-ci illər üçün) maliyyə yardımı paketinə yenidən baxmağı planlaşdırmır.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo bildirib.

Bildirilib ki, Kiyevin ödənişləri sürətləndirmək və müdafiə büdcəsindəki təxminən 23 milyard avroluq kəsiri bağlamaq xahişinə də baxılmayıb.

Rəsmi Ukraynanın ehtiyaclarının artmasını və Rusiya tərəfindən eskalasiyanı nəzərə alaraq əlavə maliyyələşdirilmə barədə müzakirələrin açılmasının zəruriliyi ilə bağlı suala cavab verərkən deyib ki, hazırda çox iddialı ödəniş qrafiki ilə artıq nəzərdə tutulmuş məsələlərə diqqət yetiriblər.

Ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenski müttəfiqləri Müdafiə Nazirliyinin büdcə kəsirini örtmək üçün əlavə vəsait tapmağa çağırıb. Xüsusilə, o, Avropa kreditindən 2027-ci il üçün nəzərdə tutulan vəsaitin bir hissəsinin vaxtından əvvəl ayrılmasını təklif edib. Kiyev həmçinin dondurulmuş Rusiya dövlət aktivlərindən istifadə məsələsini yenidən qaldırıb.

Lakin Avropa Komissiyasında hələlik təsdiq edilmiş sxemi dəyişmək niyyətində olmadıqlarını bildiriblər. Pinyo qeyd edib ki, kredit təsdiq edilərkən 90 milyard avro məbləğin Ukraynanın 2026-2027-ci illər üçün büdcə və müdafiə ehtiyaclarının təxminən üçdə ikisini ödəyəcəyi nəzərdə tutulurdu. Avropa İttifaqının (Aİ) hesablamalarına görə, qalan üçdə bir hissəni beynəlxalq tərəfdaşlar təmin etməlidir.

44 - Tezliklə