Rusiya Baş Prokurorluğunun təmsilçisi Sankt-Peterburq metrosundakı partlayışı terror adlandırıb

Region
  • 03 aprel, 2017
  • 14:02
Rusiya Baş Prokurorluğunun təmsilçisi Sankt-Peterburq metrosundakı partlayışı terror adlandırıb

Bakı. 3 aprel. REPORT.AZ/ “Sankt-Peterburq metrosunda törədilən terror aktının bütün detallarını dəqiqləşdirmək üçün əlimizdən gələni edirik”.

“Report” xəbər verir ki, bunu Rusiya Baş Prokurorluğunun sözçüsü Aleksandr Kurennoy “Vesti24” telekanalının efirində bildirib. 

“Partlayışın araşdırılması ilə istintaq orqanları məşğuldur. Prokurorluq tərəfindən başladılan yoxlama bütün incəliklərə toxunacaq. Buna nəqliyyat prokurorluğunun əməkdaşları da cəlb ediliblər”, - deyə Baş Prokurorluğun sözçüsü vurğulayıb.

44 filmi