Rəsmi Ankara: Kiprli türklərin rifahına töhfə verməyə davam edəcəyik

Region
  • 19 oktyabr, 2025
  • 22:43
Rəsmi Ankara: Kiprli türklərin rifahına töhfə verməyə davam edəcəyik

Türkiyə Xarici İşlər Nazirliyi Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərinin ilkin nəticələri ilə bağlı bəyanat yayıb.

"Report" xəbər verir ki, rəsmi Ankara ilkin nəticələrə görə ŞKTR Prezidenti seçilən Tufan Erhürmanı təbrik edib.

"Kiprli türklərin azad və suveren iradəsini, ŞKTR-dəki dövlət ənənəsini və demokratiya mədəniyyətini əks etdirən bu seçkilərin kiprli türklər və bütün ada üçün xeyirli olmasını arzu edirik", - XİN-in bəyanatında vurğulanıb.

"Türkiyə tarixi, hüquqi və humanitar məsuliyyətləri çərçivəsində, adanın reallıqlarına uyğun şəkildə kiprli türklərin əmin-amanlığı, rifahı və inkişafı üçün göstərilən səylərə töhfə verməyə davam edəcək", - nazirlik bildirib.

Qeyd edək ki, Şimali Kipr Türk Respublikasında (ŞKTR) oktyabrın 19-da keçirilən prezident seçkilərində ilkin nəticələrə görə, Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qələbə qazanıb. O, adada federasiya qurulmasının tərəfdarı kimi tanınır.

Son xəbərlər

Bütün Xəbər Lenti