Quterreş Azərbaycan və Ermənistan arasında atəşkəsə ümid edir

Region
  • 14 sentyabr, 2022
  • 18:01
Quterreş Azərbaycan və Ermənistan arasında atəşkəsə ümid edir

BMT ümid edir ki, Azərbaycan və Ermənistan atəşkəslə bağlı razılığa gələ biləcəklər.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Baş katib BMT Baş Assambleyasının 77-ci sessiyasının başlaması ilə bağlı keçirdiyi mətbuat konfransında iki ölkə arasında sərhəddəki vəziyyəti şərh edərkən deyib.

"Ümid edirəm ki, atəşkəs əldə olunacaq", - Quterreş bildirib.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.