Qırğızıstanda prezident seçkilərinin keçirilməsinə 14 milyon dollara yaxın vəsait ayrılıb

Region
  • 18 noyabr, 2026
  • 10:58
Qırğızıstanda prezident seçkilərinin keçirilməsinə 14 milyon dollara yaxın vəsait ayrılıb

Qırğızıstanın prezident seçkilərinə 1,2 milyard som (demək olar ki, 14 milyon dollar) ayrılıb, ancaq bu, mümkün ikinci turun keçirilməsi ehtimalı nəzərə alınmaqla nəzərdə tutulub.

"Report" Qırğızıstan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Tınçtık Şaynazarov bildirib.

"Əgər hər şey birinci turda həll olunarsa, 600-700 milyon som (8 milyon dollar) xərclənəcək" - o bildirib.

T.Şaynazarov xatırladıb ki, istənilən nəticə olduqda belə qanuna əsasən namizədlərə ödədikləri seçki girovu (hər biri 1 milyon som) qaytarılmayacaq.

Qeyd edək ki, Qırğızıstanın növbəti prezident seçkiləri 2027-ci il yanvarın 27-də keçiriləcək. Seçkilərdə iştirak etməyə 11 nəfər, o cümlədən hazırkı Prezident Sadır Japarov iddialıdır.