"Qarabağ" komandasının Antalyadakı təlim-məşq toplanışının tarixi müəyyənləşib

Futbol
  • 18 noyabr, 2026
  • 11:12
Qarabağ komandasının Antalyadakı təlim-məşq toplanışının tarixi müəyyənləşib

"Qarabağ" futbol komandasının qışda keçirəcəyi təlim-məşq toplanışının tarixi və yeri məlum olub.

Bu haqda "Report"un sorğusuna cavab olaraq Ağdam klubundan bildirilib.

"Köhlən atlar"ın hazırlıq prosesi yanvarın 11-dən 20-dək Türkiyədə təşkil ediləcək.

Toplanış Antalyanın Belek qəsəbəsində baş tutacaq.

Komandanın yoldaşlıq matçlarında qarşılaşacağı rəqiblər daha sonra açıqlanacaq.

Qeyd edək ki, "Qarabağ" hazırda Misli Premyer Liqasında 10 oyundan sonra 19 xalla dördüncü pillədə qərarlaşıb.