Qazaxıstanın ÜTT-yə daxil olması ilə bağlı danışıqları başa çatıb
- 11 iyun, 2015
- 02:02
Bakı. 11 İyun. REPORT.AZ/ Qazaxıstanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvolma şərtləri ilə bağlı təqribən 20 il davam edən danışıqları başa çatdırıb.
"Report" TASS-a istinadən xəbər verir ki, qurumun mətbuat xidmətindən verilən məlumata görə, iyunun 22-də üzvolma barədə sənədlər paketi "rəsmən təsdiq edilməsi üçün daxilolma üzrə İşçi qrupunun üzvlərinə" təqdim olunacaq, ardınca isə təşkilatın Baş Şurasının təsdiqinə veriləcək.
"Mən bu tarixi addım münasibəti ilə ÜTT-nin üzv ölkələrini və Qazaxıstan hökumətini təbrik edirəm", - deyə təşkilatın baş direktoru Robertu Azevedu bildirib.
Qazaxıstan quruma daxil olmaq haqqında ərizəni 29 yanvar 1996-cı ildə təqdim edib.
Hazırda 21 ölkə, eləcə də Azərbaycan, Belarus və Özbəkistan ÜTT-yə üzv olmaq barədə danışıqlar aparır.