Qazaxıstan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisinin oğlu müdafiə nazirinin müavini təyin olunub

Region
  • 06 oktyabr, 2017
  • 13:15
Qazaxıstan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisinin oğlu müdafiə nazirinin müavini təyin olunub
Qazaxıstan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi və sabiq müdafiə naziri Muxtar Altınbayev

Bakı. 6 oktyabr. REPORT.AZ/ Qazaxıstan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi və sabiq müdafiə naziri Muxtar Altınbayevin oğlu Müslim Altınbayev müdafiə nazirinin müavini təyin olunub.

“Report” Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Müslim Altınbayev Qazaxıstan Təhlükəsizlik Şurasında Hərbi təhlükəsizlik və müdafiə şöbəsinin müdiri işləyib. O, 1966-cı il yanvarın 19-da Qazaxıstanın Karaqanda şəhərində doğulub. Müslim Altınbayev Rusiyanın Stavropol Ali Aviasiya Məktəbini, Rusiya Müdafiə Nazirliyinin Hərbi-Diplomatik Akademiyasını, ABŞ Silahlı Qüvvələri Milli Müdafiə Universitetini bitirib.

Qeyd edək ki, Muxtar Altınbayev 1945-ci ildə doğulub. O, 1996-1999-cu illərdə və 2001-2007-ci illərdə müdafiə naziri, 2007-2010-cu illərdə Qazaxıstan Silahlı Qüvvələri Baş Qərargahının rəisi işləyib.